“Alfa Telekom MMC” şirkəti 12 noyabr 2007-ci ildə rəsmi Dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Müəssisəmiz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
Şirkətimiz Azərbaycan Respublikası Qanununa əsasən ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri üçün qanunvericilikdə müəyyən olunmuş qaydada Uyğunluq sertifikatları, Xüsusi İcazələrin alınması, həmçinin həmin avadanlıqların Dövlət Radiotezliklər İdarəsində rəsmi qeydiyyatı üçün bir sıra şirkətlərlə əməkdaşlıq edir.
Artıq 10 ildən çoxdur ki, şirkətimizin Dövlət müəssisələrinə, xarici ve yerli şirkətlərə yüksək sürətli İnternet xidmətinin verilməsində və Fiber Optik kabellərin qazma qurğularında və platformalarda çəkilməsində böyük bir təcrübəyə malikdir.
Şirkətimiz hal-hazırda Respublika ərazisində fəaliyyət göstərən McDermott Caspian Contractors Inc,Saipem Contracting Netherlands B.V., Caspian Drilling Company Ltd, Caspian İT, AzTV QSC, Azad Azərbaycan Müstəqil Teleradio kampaniyası, ATV Plus kimi şirkətlərlə rəsmi əməkdaşlıq edir və digər aparıcı şirkətlərə Telekommunikasiya sahəsində yüksək səviyyədə xidmətlər göstəririk.
Hal-hazırda Dövlət televiziyası olan AzTv QSC-nin bütün canlı yayımlarını Respublikamızın istənilən nöqtəsindən birbaşa Fiber Optik xətti üzərindən efirə verilməsini həyata keçiririk.
Şirkətin bazasında Fiber Optik kabelin çəkilişi, montajı və sonlama avadanlıqlarının quraşdırılması üçün lazım olan bütün texniki avadanlıqlar, peşəkar işçi heyəti və nəqliyyat fasitələri mövcuddur.