Azərbaycan tolerantlığı dünyaya nümunədir

Azerbaycan tolerantligi dunyaya numunedir

Bu gün bütün dünya rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən savaşında misilsiz qəhrəmanlığının şahidi olmaqla bərabər, mənfur düşmənin Qarabağda törətdiyi ölçüyəgəlməz vandalizm aktlarını da görərək, acı təəssüf hissləri keçirir. Kimsə əsas mahiyyəti maddi və mədəni dəyərlərin, abidələrin bilərəkdən və kortəbii şəkildə məhv edilməsindən ibarət olan vandalizmə haqq qazandırmır.

Dini abidələri məhv etmək ən böyük vəhşilikdir. Yalnız faşist xislətli məxluqlar bunu etməyə qadirdirlər. Azərbaycanın əzəli torpaqlarını 30 il ərzində işğalda saxlayan ermənilər bu baxımdan bütün dünyaya “nümunə” sayılırlar. Azərbaycan Prezidenti İlham Əliyev bir çox çıxışlarında bunu bəyan etmiş, Vətən müharibəsində Böyük Zəfəri haqlı olaraq “Xeyirin Şər üzərində qələbəsi” adlandırmışdır.

Ötən ilin yazında Füzulidə olarkən, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında və digər çıxış­larında dağıdılmış, viran edilmiş el-obalarımızı, yurd yerlərimizi nişan verən dövlət başçımızın söylədikləri erməni vandalizminə verilən ən dəqiq qiymətdir: “Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlar­dan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, an­caq istədiyinə nail ola bilməyib”.

Hazırda Qarabağda geniş bərpa-quruculuq tədbirləri görülür, ziyanın hesablanması aparılır, şəhərlərin baş planları tərtib olunur, dini-mədəni məkanlar da restavra­siya olunur. Yalandan öz dillərində “Ay ast vas” (“Ya Allah”) desələr də, əməllərində tanrıya asilik edən ermənilərsə bu gün haqq etdikləri zəlil vəziyyətdə çapalayırlar. Başqa cür ola da bilməz. Uca Yaradanın xofundan çəkinməyənlər hələ bundan belə çox iztiraba düçar olacaqlar.

Azərbaycanın isə dövlət bayra­ğının üç rəngindən biri İslam dinini rəğbətləndirir. Ölkəmizin rəhbəri hər zaman dini dəyərlərə hörmət və ehtiramı atasından qalma əziz miras kimi qoruyub saxlayır. Buna görə də Allah xalqımız­dan, millətimizdən mərhəmətini əsirgəmir. Yeraltı və yerüstü sərvətlərini də bol edir, ruhumuzu da varlandırır, əməllərimizə də güc verir. Ulu Tanrı 1993-cü ildə xilaskarlıq missiyasını ulu öndər Heydər Əliyevin taleyinə yazdığı kimi, yeni əsrdə Qarabağın azad olunması missiyasını da İlham Əliyevin taleyinə yazıb. Dün­ya şöhrətli ali rəhbərimiz xalqın güzəranını durmadan yaxşılaş­dırmaqla bərabər, ölkənin hərbi qüdrətini lazımi səviyyəyə qaldıra bilib və bunun sayəsində əzəli torpaqlarımızı mənfur düşməndən azad etmişik. Bu səylərində Tanrı daim İlham Əliyevin dayağı olub. Sözünün kəsərli, gücünün tükənməz, işinin avand olmasında seçilmiş bəndəsinə – müzəffər Ali Baş Komandanımıza yardımını əsirgəməyib.

Cənab İlham Əliyevə iki dəfə Həcc ziyarəti, Kəbədə namaz qıl­maq nəsib olub. İlham Əliyevin tik­dirdiyi məscid, kilsə və sineqoqların xeyli sayı bilinmir. Bütün dünyaya monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın nadir tolerant bir ölkə olduğu ilə bağlı saysız-hesabsız konkret əməli misallar var. Nəinki Bakıda və Qarabağda, hətta dünyanın bir sıra ölkələrində xristian abidələrinin restavrasi­yası həyata keçirilib. Tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu illərdir ki, "Tolerantlığın ünvanı — Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri, Strasburq kafed­ralının pəncərələri, Həştərxanda müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vla­dimirin abidəsi, Luvr muzeyi, Versal sarayı və digər dini-mənəvi, mədəni ocaqlarda aparılmış bərpa işlərini misal çəkmək olar.

Azərbaycan Vatikanda da abidələr bərpa edir. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Ar­xeologiya Şurası arasında Komo­dilla katakombalarının bərpasına dair əməkdaşlıq özünün mühüm mərhələləri ilə əlamətdardır. İlk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olu­nub və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu­nun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyətə təqdim edilib. Sonra Müqəddəs Sebastian Bazilikasında muzey yaradılıb və sarkofaqlar restavrasiya edilib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilla katakomba­larını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir. Kardinal Canfranko Ravazi deyib ki, bu uğurlu əmkdaşlıq dinlərarası dialo­qun inkişafına böyük töhfələr verir və Azərbaycanın dünya mədəni irsinin qorunmasına sadiqliyini bir daha təsdiqləyir.

Belə olduğu halda Qarabağda dini irsə dağıdıcı münasibətlə bağlı erməni haray-həşiri nə dərəcədə inandırıcıdır?

Bir həftə öncə Fran­sa rəhbərinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində bu ölkənin Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şura­sının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş zamanı digər məsələlərlə bərabər, UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Ölkəmizin Mədəniyyət Nazirliyi bu razılığı alqışlayıb. Nazirlikdən bildirilib ki, Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlılara məxsus zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olub. Hələ 1869-cu ildə Qafqaz Rusiya qubernatorluğunun dərc etdiyi "1870-ci il üçün Qaf­qaz təqvimi" adlı sənəddə verilən statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olub. Məscidlərdən savayı, bu siyahıya, həmçinin İrəvanda xan sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çox­saylı hamam, karvansaray, türbə, qəbiristanlıq və s. əlavə etmək olar.

Nazirlik ümid ifadə edib ki, UNESCO-nun qarşıdakı mis­siyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Ermənistan XİN isə bildirib ki, Azərbaycan tərəfinin həmin ölkədəki mədəni ir­sin məhvi barədə yaydığı məlumat yersizdir və missiya göndərmək zərurəti məhz Qarabağda erməni abidələrinə qarşı törədilən van­dalizm aktları ilə bağlıdır. Guya Ermənistan 1954-cü ildə qəbul edilmiş “Hərbi münaqişələr za­manı mədəni dəyərlərin qorun­ması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq UNESCO missiyasının maksi­mum operativ şəkildə həyata keçirilməsinin tərəfdarıdır.

İkinci Qarabağ müharibəsi za­manı da ermənilər haray salırdılar ki, bəs, azərbaycanlılar onların dini məbədlərini top atəşlərinə tutur­lar. Şuşadakı Qazançı kilsəsinin hər vaxt “zülmlər” gördüyü və Azərbaycan hərbi hissəsinin silah anbarı kimi istifadə olunduğu bildirilirdi. Guya, kilsə dəfələrlə dağıdılıb, ancaq ermənilər hər dəfə onu yenidən bərpa ediblər. Onların Şuşanın simvolu (!?) saydıqları həmin abidə “zavallı” xalqın dözüm və mətanətini, öz torpağına (!?) sevgisini, xristian ənənələrinə sadiqliyini əks etdirirmiş. 2020-ci il oktyabrın 8-də haylar bu kilsənin iki dəfə raket-artilleriya atəşinə məruz qoyulduğunu iddia ediblər. Xəbər portalları öz yanlarından Qazançı kilsəsində guya ikinci aviazərbədən sonra dağıntıları olduğunu, hətta bir rus jurnalistin yaralanaraq 3,5 litr qan itirdiyini də car çəkmişdilər. Ağ yalandır. Əgər elədirsə, Şuşa işğaldan azad edildikdən son­ra Azərbaycan tərəfindən digər dini abidələrlə yanaşı, Qazançı kilsəsinin də əsaslı təmir olunması­na nə deyirlər?

Mədəniyyət nazirimiz Anar Kərimovun Azərbaycanın nəzarəti altına keçən ərazilərdə ermənilərin əl gəzdirib onlara aid olduğunu iddia etdikləri dini, tarixi və mədəni abidələrin alban irsi kimi bərpası üzrə işçi qrupu yaradılması barədə məlumatı da Ermənistan XİN-ini bərk qıcıqlandırıb. Ermənilər saxtakarlıqlarının faş ediləcəyindən təşvişə düşərək, belə bir strukturun yaradılmasına etiraz ediblər.

Yeri gəlmişkən, bundan əvvəl də ermənilər dəfələrlə dünya ictimaiyyətini aldadan buna bənzər çıxışlar ediblər. 2020-ci il dekabrın 9-da sabiq prezident Armen Sar­kisyan arxiyepiskop Xose Avellino Betankurla görüşündə onu alda­daraq Vatikanı və Roma Papası Fransiski Qarabağdakı erməni mədəni və dini irsinin məhv edildiyi­ni söyləyib. Cavab isə bu olub ki, qoymarıq, mütləq qarşısını alarıq. Ötən ilin yanvar ayında XİN rəhbəri Ara Ayvazyan UNESCO-nun baş direktoru Odri Azule ilə telefon danışığında qurumu Qarabağda erməni tarixi və dini irsinin qorun­masında fəal iştiraka çağırmışdı. Apreldə Yerevanda “Arsax irsi təhlükə altındadır” adlı qondarma sərgidə həmin Ayvazyan, noyabrda UNESCO-nun 41-ci Baş Assamb­leyasında çıxış edən təzə XİN rəhbəri Ararat Mirzoyan onların mədəni abidələrinə qarşı “genosid” siyasəti barədə iftira və yalan dolu fikirlər yayıblar.

Halbuki, işğalçının da, dini-mədəni dəyərləri məhv edənin də məhz ermənilər olduğu gün kimi aydındır. Hələ Vətən müharibəsi başlananda Prezident, Ali Baş Komandan İlham Əliyev erməni hərbi təxribatına cavab olaraq haqq mücadiləsinə başladığımızı bəyan etmişdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də xalqa müraciət edərək bildirmişdi ki, biz öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşırıq. Lakin danılmaz gerçəklikdir ki, erməni təcavüzkarların əzəli torpaqla­rımıza iddiaları, xalqımıza qarşı soyqırımı, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışla­rını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdan, izi­mizi itirməyə, tariximizi saxtalaşdır­mağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandal­lıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, cavab verməlidir. Ermənilərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri də gülünc oyunbazlıq­dır və heç bir çərçivəyə sığmır. Dövlətimizin başçısının söylədiyi kimi, erməni əsgərinin bizim torpa­ğımızda nə işi var?!

...Qafqazın Xirosimasına çevril­miş Ağdam şəhərindən əsər-əlamət qalmayıb. İşğalçılar öz xislətlərinə uyğun olaraq, Ağdamın ağ dam­larını xarabalığa çeviriblər, şəhəri tamamilə dağıdıblar. Dövlətimizin başçısı və birinci xanım orada olarkən Ağdam Cümə məscidini ziyarət ediblər. Vaxtilə Xocalı soyqı­rımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən bu qoşa minarəli məscidin də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdıldığı bütün dünyaya göstərilib. Prezident Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb və bildirib ki, əzəli yurd yerlərimizin işğaldan azad edilməsi son dərəcə böyük xoşbəxtlikdir, xalqımızın halal haqqıdır.

Ötən il İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələri işğaldan azad olunan ərazilərə səfər edərək erməni vandalizmini öz gözləri ilə görüblər. İƏT Baş katibinin köməkçisi Əhməd Kavrsa Sengendo deyib: “İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qa­rabağ işğaldan azad edilib”.

Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib ki, nə yaxşı Qarabağ torpaqları işğaldan azad edilib, o bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof gördüklərinin insanlığa qarşı cinayət olduğunu bildirib: “Bizi narahat edən məsələlərdən biri də baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır”.

Müxtəlif dini konfessiyaların nümayəndələri – yəhudi, xristian və müsəlman din xadimləri Qarabağda bir sıra ziyarətgah və türbələrə baş çəkib və onların haylar tərəfindən tövlə kimi istifadə edilməsinin, Ağdam Cümə məscidinin yandı­rıldığının şahidi olub, abidələrə qarşı amansız vandal davranışın təzahürlərindən dəhşətə gəliblər. Bir daha etiraf olunub ki, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır. Azərbaycan ərazisində yaşayan bütün xalqlar, din mənsubları bu dövləti özlərinə doğma Vətən hesab edirlər. Abidələr, dini məbədlər, məscidlərlə yanaşı təmir olunur. Amma ermənilər tamamilə bu­nun əksini ediblər. Onlar hətta Qarabağda olan kilsələri belə dəyişdirməyə, alban abidələrini erməniləşdirməyə cəhd göstəriblər. Bizim qəbiristanlıqlarımız indiyə qədər minalanmış ərazidədir.

İlk növbədə, Allaha güvənən, öz xalqına arxalanan, ölkə daxilində milli birliyə nail olan cənab İlham Əliyevin gücü də elə bu keyfiyyətlərindədir. Möhtərəm Prezidentimiz dönməz iradəsi, sar­sılmaz inancı, yüksək məntiqli po­lemikası ilə rəqiblərini tərksilah edə bilir. Özünün müasir düşüncəsini ənənəvi milli-mənəvi dəyərlərlə, uzaq perspektivlə uzlaşdırmağı ustalıqla bacarır. Buna görədir ki, onun müəllifliyi ilə dəyişən reallıqlar kontekstində aparılan siyasətdə Uca Tanrı dövlətimizin gücünə güc qatır.